"Kürd rəhbərliyi hazırkı imkanlarından məhrum olacaq” - Ərdoğan ABŞ-da Bərzaniyə mesaj verdi

img

20-09-2017 [09:35]


Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Şimali İraq Kürd Muxtariyyətini müstəqillik ideyasından və referendum keçirmək planından imtina etməyə çağırıb. 

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 72-ci sessiyasında çıxışı zamanı bildirib.
 
"Müstəqillik tələbi ilə atılan addımlardan çəkinmək gərəkdir. Bu cür addımlar bölgədə yeni böhran və münaqişələrin yaranmasına səbəb ola bilər.  İraq Kürd Muxtariyyətini bu təşəbbüsə son qoymağa çağırırıq. Türkiyənin bu məsələ ilə bağlı aydın mövqeyinin inkar edilməsi İraq Kürd Muxtariyyətinin rəhbərliyini hazırkı imkanlarından məhrum edəcək”, - deyə Ərdoğan qeyd edib.   

Digər xəbərlər
SON XƏBƏRLƏR