Ərdoğan BMT-nin tribunasından Qarabağdan danışdı: "Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü bərpa olunmalıdır" + VİDEO

img

20-09-2017 [09:26]


"Cənubi Qafqazda Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün bərpa edilməsi bölgədə sülhün bərqərar olması üçün əsas şərtdir".

Bu sözləri Türkiyə prezidenti Ərdoğan ötən gecə BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 72-ci sessiyasında çıxışı zamanı deyib.

Dünyadakı münaqişələrdə sülhün təmin edilməsinin vacibliyinə toxunan Türkiyə prezidenti Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişələrinin həlli üçün beynəlxalq ictimaiyyətinin çox ciddi səy göstərməli olduğunu vurğulayıb: "Bu gün məhəl qoymadığımız hər bir münaqişənin, sabah regional, hətta qlobal münaqişəyə çevrilə bilmə ehtimalını əsla unutmamalıyıq”.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR