“İndisə rədd olun” - Lavrov rəsmi topantıdan isveçli jurnalisti belə qovdu + VİDEO

img

19-09-2017 [19:19]


Rusiya Xarici İşlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 72-ci iclası çərçivəsində Nyu Yorkda isveçli həmkarı Didye Burkxalterlə görüşüb.

Mia.az Teleqraf.com-a istinadən xəbər verir ki, görüşdən əvvəl Lavrovla isveçli jurnalist arasında maraqlı dialoq yaşanıb.

Jurnalist "Burkxalterin son günlərində ona nə arzulayardız” sualına Lavrov belə cavab verib: "İndi mətbuat konfransı deyil. Sualınıza gəlincə, əsas mənim ona deyil, onun özünə nə arzulamasıdır”.

Cavab İsveç XİN rəhbərinin xoşuna gəlib: "Əsl rus cavabıdır”.

Bundan sonra, Lavrov jurnalistə gülümsəyərək "İndi isə rədd olun” sözünü deyib.

Həmin görüntüləri təqdim edirik:


Digər xəbərlər
SON XƏBƏRLƏR