Mosulla Kərkük daxil olmaqla, İraqın şimalı Ankaranın tabeliyinə keçəcək? - Müdafiə nazirindən xəbərdarlıq

img

19-09-2017 [18:28]


"Əgər Şimali İraq Kürd Muxtariyyətində müstəqilliklə bağlı referendum keçirilsə, bu, yeni bir müharibənin başlanğıcı olacaq".

Bu sözləri Türkiyə Müdafiə naziri Nurəddin Canikli deyib.

"Bütün qüvvələrimiz vəzifəsini icra etməyə hazırdır. Bu günə qədər olduğu kimi, bundan sonra da hadisələri yaxından izləyirik. Əgər bir addım atmaq lazım gəlsə, qəti şəkildə bunu edəcəyik”, - nazir bildirib/Axar.az.

Qeyd edək ki, sentyabrın 25-də Şimali İraq Kürd Muxtariyyətində müstəqilliklə bağlı referendumun keçirilməsi planlaşdırılır. Türkiyənin keçmiş prezidenti Abdulla Gülün keçmiş müşaviri Ərşad Hörmüzlünün sözlərinə görə, kürdlər müstəqillik qazansa, İraq 1926-cı il Ankara anlaşmasına əməl etməmiş olacaq. Yəni əgər İraqın şimalında hansısa dövlət qurulsa, razılaşma ləğv ediləcək və Mosulla Kərkük daxil olmaqla, İraqın şimalı Ankaranın idarəsinə keçəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR