Cahangir Əsgərovun qızının zavodu yanır - FHN-dən açıqlama/ YENİLƏNİB/ VİDEO

img

19-09-2017 [17:10]


Bakıda kosmetika zavodunun anbarında yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, Xəzər rayonunda fəaliyyət göstərən "Gazelli” kosmetika zavodunun anbarında baş verən yanğının söndürülməsinə yanğınsöndürənlər cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Xəzər rayonun Şüvəlan qəsəbəsində "Gazelli” kosmetika zavodunda yanğın başlayıb.

Mia.az xəbər verir ki, hadisə şahidlərinin BAKU.WS-ə verdiyi məlumata görə, yanğın nəticəsində kimyəvi maddənin kəskin qoxusu ətrafa yayılıb.
Nəticədə bir neçə nəfərin vəziyyəti pisləşib.

Nazirlikdən bildiriblər ki, yanğın söndürən maşınlar artıq hadisə yerində işləyirlər.
Qeyd edək ki,"Gazelli” kosmetika zavodu AZAL rəhbəri Cahangir Əsgərovun qızı Cəmilə Əsgərovaya aiddir.


***
16:58

Fövqəladə Hallar Nazirliyi"Gazelli" kosmetika zavodunda başlayan yağınla bağlı məlumat yayıb.

Qurumun Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən Mia.az-a verilən məlumata görə, yanğın Xəzər rayonunun Şüvəlan qəsəbəsində adıçəkilən zavodun anbarında baş verib.

Nazirlikdən bildiriblər ki, artıq 1 saatdan çoxdur ki, yanğın davam edir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xeyli sayda canlı qüvvə və texnikaları cəlb edilib.

Hadisə nəticəsində xəsarət alanlar barədə hələ məlumat yoxdur.

Yanğının söndürülməsilə bağlı tədbirlər davam etdirilir.



Digər xəbərlər
SON XƏBƏRLƏR