"“Turan” barədə cinayət işinin istintaqı davam etdirilir" - Baş Prokurorluqdan yayılan xəbərə reaksiya

img

19-09-2017 [15:49]


Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidməti "Turan” İnformasiya Agentliyində aparılan yoxlamalarla bağlı açıqlama yayıb.

Prokurorluqdan Mia.az-a verilən məlumata görə, "Turan"la bağlı bəzi kütləvi informasiya vasitələrində yayılmış informasiyalar həqiqəti əks etdirmir:

"Hazırda Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində cinayət işinin istintaqı davam etdirilir və nəticəsi barədə əlavə məlumat veriləcəkdir.

"Turan” İnformasiya Agentliyi barədə hər hansı məhdudiyyət tədbirləri keçirilmir".

Digər xəbərlər
SON XƏBƏRLƏR