Rövşən Qəmbərdən Almaniyaya getmək istəyən soydaşlarımıza müraciət

img

16-09-2017 [16:50]


Dünya Azərbaycanlıları Məclisinin sədri Rövşən Yunis oğlu Qəmbər yeni müraciət ünvanlayıb.

Müraciəti olduğu kimi təqdim edirik:

Hər vaxtınız xeyir olsun əziz Dostlarım!!! Esmira Qasimova Xanıma 12 saat əvvəl Almaniyada yaşamaq istəyənlər haqda yazdığına qıssa münasibət bildirməyə çalışdım, uzun alındı, bağışlayın, vaxtınızı almaq istəmirəm. Almaniyaya gələn vətəndaşlarımıza çox sevinirəm, çünki əksəriyyəti bir iki ildə dövlətin qayğısından yararlanaraq (ayda təxminən ev kirası, sağlamlıq sığortası və təməl təminat üçün təxminən min avroluq yardım alırlar) sağlam yaşamağa başlayırlar və Dünyanın ən böyük problemlərinin həllinə kömək edən vəya əngəl olan səbəbləri anlayırlar. Özlərini çox xoşbəxt insan hiss etməyə başlayırlar. Əzizlərinin Vətəndə yaşadıqları problemlərinə görə darıxırlar. Əksəriyyəti deyir ki, kaş əzizlərimi də Almaniyada yerləşdirə biləydik. 2015-ci ildə Almaniyaya gələn miqrantların sayı milyondan çox oldu. Digər Avropa Birliyi ölkələri isə Almaniyaya nisbətən bir faizi də qəbul etmək istəmirlər. Avropaya gələn miqrantların əksəriyyəti niyə Almaniyada yaşamaq istəyirlər, çünki Almaniya miqrantların hüquqlarının qorunmasına hər il on milyardlarla avroluq sərmayə yatırmağa çalışır və onların inteqrasiyasının sürətləndirilməsinə çalışır. 1968-də Azərbaycan Neft Kimya İnstitutunda dava dalaşa (məsələn, heç bir səhvim olmasa da, qiymətimi 5-dən 3-ə etdirdiklərini apelyasiya komissiyasında rektor İsmay Ibrahimova asanlıqla sübut edə bilmişəm) təhsil almaq hüququ qazanmışam!! 47 il əvvəl Almaniyada təhsilimi davam etdirib 1974-cü ildə Drezden Universitetinin kimya fakültəsini bitirmişəm. Almaniyada uzun müddətli yaşamaq hüququ almaq üçün Almaniyata gələnlərin 99%-i hər üsuldan istifadə edirlər, çünki bu ölkənin çox yaxşı səhiyyə təhsil və sosial yardım sistemləri var. Xəstəlik heç kimi qorxutmur, çünki yüz minlərlə avroluq xərc tələb edən müalicənin bütün xərclərini dövlətin təşkil etdiyi sığorta şirkətləri ödəməyə hazırdır. İstedadlı insaflı işgüzar insanlarla layiqli vəzifələrdə çalışıb özlərinin də, əzizlərinin çox niyyətlərini gerçəkləşdirə bilirlər. Birinci Vətənindəki əzizlərinə böyük maddi və mənəvi dəstək olmağa hər zaman hazır olurlar. Bu səbəblərdən Azərbaycanlılar Almaniyada problemlərinin həllinə çalışan əlacsız vətəndaşlarımıza kömək etməyə çalışan, Almaniyada yaşayan və çox sevinən vətəndaşlarımızı tanıyıram!!! 
Hər bir insanın doğulduğu yer onun Vətəni sayıla bilər, amma insanların ən çox yaşayıb yaratmaq istədiyi məkana da Vətən deyə bilər, 2-ci Vətənində yaşayıb yaradanda daha çox insanın problemlərinin həllində yaxından iştirak etdiyinə görə özünü daha çox xoşbəxt hiss edə bilər!!! 

 Dünya Azərbaycanlıları Məclisinin sədri Rövşən Yunis oğlu Qəmbər 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR