Sabah hava necə olacaq? - Nazirlik proqnozu açıqladı

img

14-09-2017 [12:26]


Sentyabrın 15-də Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi  gündüz  cənub-şərq küləyi  ilə  əvəz olunacaq.

Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, sabah havanın temperaturunun gecə  19-22° isti, gündüz  30-35° isti, Bakıda gecə  20-22°, gündüz  32-34° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  norma daxilində 760  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 75-85 %, gündüz  50-55 % olacaq. 
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə  18-23°, gündüz  30-35° isti, dağlarda gecə 13-18°, gündüz  22-27° isti olacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR