Şriftin ölçüsü / 237 dəfə oxunub

AzTV-nin məşhur aparıcısına vəzifə verildi - Alışanovdan kadr dəyişiklikləri

14 Sentyabr 2017 [12:23]
"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində növbəti kadr dəyişiklikləri olub.

Mia.az xəbər verir ki, bakupost.az-ın əldə etdiyi məlumata görə, sədr Arif Alışanov qurumun nəzdində fəaliyyət göstərən Mədəniyyət televiziyasının "Xəbərlər” departamentinin baş redaktoru Lalə Məmmədovanı və onun müavini Aygün Budaqovanı vəzifələrindən azad edib. "Xəbərlər”in baş redaktoru vəzifəsinə isə AzTV-nin "Xəbərlər” proqramının aparıcısı, tanınmış jurnalist Dilarə Səlim təyin edilib.

Əldə etdiyimiz məlumata görə, kadr dəyişiklikləri səlahiyyətləri yenicə əlindən alınan sədr müavini Elsevər Dünyamalıyevə görə aparılıb. Belə ki, prezident sərəncamı ilə AzTV-də sədr müavini təyin olunan E. Dünyamalıyev "Xəbərlər”ə nəzarəti ələ aldıqdan sonra rəhbər vəzifələrə öz adamlarını qoyub. O, 2015-ci ildə iş başına keçən kimi "Mədəniyyət” xəbərlərinin baş redaktoru Cəmilə Əzimovanı bu vəzifədən çıxarıb və yerinə Lalə Məmmədovanı təyin edib.

Bir müddət əvvəl isə Arif Alışanovun yerinə göz dikdiyi deyilən müavin "Xəbərlər”ə nəzarəti itirdiyi üçün, onun verdiyi təyinatlar da sədr tərəfindən bir-bir ləğv edilməyə başlayıb.


SON XƏBƏRLƏR