Jurnalistlər Ehsan Zahidovdan niyə narazıdır? - “Axı polis də KİV-dən güzəşt istəyir” - Ekspert RƏYİ

img

14-09-2017 [11:11]


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov mətbuata açqılamasında jurnalistləri ittiham edib. 

Bununla bağlı açıqlamada bildirilib ki, bəzi xəbər saytlarında belə bir iddia irəli sürülür ki, son vaxtlar mətbuat orqanları Bakı şəhər Dövlət Yol Polisi İdarəsində mövcud olan böyük nöqsanlardan kəskin yazılar dərc edirlər deyə, həmin idarənin rəhbərliyi tərəfindən əməkdaşlara tapşırıq verilib ki, onlar həmin mətbu orqanları məhkəməyə verərək, idarənin xeyrinə qərar çıxarılmasına nail olsunlar.

Polis polkovniki məsələyə belə münasibət bildirib: "Çox az tanınan bir neçə saytda gedən bu iddianı oxumuşam. Sual olunur, soğan yeməmisənsə niyə göynəyirsən? Belə cəfəng iddiaları o dırnaqarası jurnalistlər qaldırır ki, onlar yol polisindən xüsusi güzəşt və imtiyazlar gözləyirlər. Yəni, "mən mətbuatda işləyirəmsə, yol-hərəkəti qaydasını poza bilərəm, cərimələri vaxtında ödəməyə bilərəm, avtoxuliqalıq edə bilərəm. Bunlara görə əgər mənə güzəşt etməsəniz, sizi öz qəzetimdə rüsvay edərəm" deyərək hədələyir və hətta şantaj edirlər”.

Ehsan Zahidovun öz açıqlamasında mətbuat nümayəndələrini ittiham etməsi birmənalı qarşılanmayıb.


Jurnalistlər bildirilər ki, DİN mətbuat xidmətinin rəisi Ehsan Zahidov adi bir açıqlamanın sərlövhəsinə görə KİV nümayəndələrini dəfələrlə narahat etdiyini unudur... Yəni polisin də dolayısı ilə jurnalistlərdən güzəşt istədiyi qeyd olunur. Sosial şəbəkələrdə məsələyə münasibət bildirən KİV əməkdaşları hətta son zamanlar E.Zahidovla danışa bilməmələrindən şikayətləniblər. Deyirlər ki, ona hər hansı bir məsələyə aydınlıq gətirməsi üçün müraciət edən müxbirə "mən rəisəm, gedin mətbuat xidmətinin əməkdaşlarına müraciət edin” deyərək, kobud münasibət sərgiləyir.

Məsələ ilə bağlı Modern.az-a danışan ekspert Rizvan Qənbərli deyib ki, jurnalsitika ilə məşğul olanlardan xüsusi imtiyaz gözlənilməməlidir:

"Teorik, yaxud etik çərçivədən yanaşdıqda jurnalistlər də yol polisləri qarşısında sıravi vətəndaşlardan əksik, yaxud üstün imtiyaz gözləməməlidir. Eyni zamanda, dövlət qurumları, o cümlədən polislər işini normal icra etməli və icra etdiyi iş nədirsə, onun haqqında mediada çıxan xəbərlərlə razılaşmalıdır. İşin ideal, arzuolunan proseduru bundan ibarətdir.

Azərbaycandakı jurnalsitika praktikası həm dövlət qurumları ilə media qurumları arasındakı münasibətlər, həm hər iki qrupun jurnalistika peşəsinə münasibəti çox təəssüf ki, praktik cəhətdən problemlidir. Bunun üçün də istər-istəməz jurnalistlərlə dövlət qurumları arasında bu cür qarşılıqlı münasibətlər, müəyyən güzəştlərə dayanan əlaqələr yaranır. Belə bir məqamda qaçılmazdır ki, jurnalistlər dövlət qurumlarından, dövlət qurumları da jurnalistlərdən haqq etmədiyi şeyləri duymağa məcbur qalırlar”.

Media ekspertinin sözlərinə görə, bu, doğru, ideal münasibət forması deyil: "Bu cür münasibət hər zaman xəbərin keyfiyyətinə mənfi təsir edən formadır”.



Digər xəbərlər
SON XƏBƏRLƏR