Şriftin ölçüsü / 249 dəfə oxunub

Dövlət qulluğu ilə bağlı yeni şərtlər və qaydalar Nazirlər Kabinetinə təqdim edildi

14 Sentyabr 2017 [11:03]

Azərbaycanda dövlət qulluğuna edilən dəyişiklərə əsasən, dövlət qulluğu vəzifələrinin tutulması üçün şərtlər və qaydaların layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov bildirib ki, layihədə bütün dövlət qulluğu vəzifələrinin tutulması üçün şərtlər müəyyənləşdirilib.

Onun sözlərinə görə, bunlar namizədlərin ixtisasına, xüsusi biliklərinə və bacarıqlarına dair şərtlərdir: "Dövlət qulluğu vəzifələri fərqli olduğu kimi, onların tutulması şərtləri də fərqlidir.Hansısa bir vəzifə üzrə staj müddəti zəruri şərt kimi nəzərdə tutula bilərsə, digərlərində belə şərt yoxdur”.




SON XƏBƏRLƏR