14-09-2017 [10:27]
"Mən özümü heç vaxt qorxaq hesab etməmişəm və məni tanıyanların hər biri dediyimi təsdiqləyə bilər. Hətta bugünkü hökumətdə olanlar 1994-cü ilin oktyabr və 1995-ci ilin mart hadisələrini xatırlayıb, daha çox dediklərimi təsdiqləyərlər”.
Mia.az xəbər verir ki, bunu eks-spiker Rəsul Quliyev "Yeni Müsavat”a açıqlamasında deyib.
Saakaşvilinin Ukraynaya səs küylü girişi və Rəsul Quliyevin 2005-ci ildə Azərbaycana oxşar qayıdış cəhdini şərh edən eks-spiker ona "qorxaq” deyənlərə sərt reaksiya verib:
"Mən Azərbaycana gəlməkdə qat-qat qətiyyətli idim, nəinki Saakaşvili Ukraynaya getməkdə. Saakaşvili hüquqi dövlətə, mən isə fərqli bir ölkəyə gedirdim. Mənim gedəcəyim ölkənin qonşuluğunda və hətta 1000 kilometrliyində Polşaya oxşar bir sivil dövlət yox idi. Yeganə o vaxt demokratiyaya cəhd edən bir qonşumuz var idi, o da Gürcüstan idi. O zaman bu gün yüksək dəyərlərdən pafosla danışan Saakaşvili Londonda konsulunu mənim qaldığım yerə göndərib, Gürcüstana gəlməməyimi tələb edirdi. Mişa "Bizim Azərbaycanla yaxşı münasibətlərimiz var” deyib (qazı demək olar ki, müftə alırdı. Bu gün rüşvətin əleyhinə çıxış edən Mişa o vaxt, faktiki, Azərbaycandan rüşvət alıb, məni Gürcüstana buraxmadı), məni Gürcüstana buraxmayacaqlarını bildirmişdi. Mən təyyarə ilə uça bilərdim və təyyarənin ölkəyə buraxılmaması ən asan məsələdir. Əlbəttə, Gürcüstana gələ bilsəydim, oradan Azərbaycana keçməyim asan olardı. Hər halda, o zaman sərhəddə məni Mişa kimi 1000-2000 min yox, on minlər qarşılayacaqdı. Bakıya gəlib çatdıqda bu rəqəm bir milyon olardı. Bu gün də Azərbaycana dönməkdə israrlıyam və bu istiqamətdə daha qətiyyətli cəhdlər edəcəyəm”.
R. Quliyev "Saakaşvilinin yanında Timoşenko kimi güclü bir siyasətçi var. Sizin hazırda Azərbaycanda Timoşenkonuz varmı, yaxud 12 il öncə var idimi?” sualına belə cavab verib: "Yanımda Timoşenko tipli adamların olmasını şərəfsizlik hesab edərdim. Azərbaycan həmin o timoşenkolarla doludur, ondan ağılsız olsalar da. Onlar heç vaxt mənim yanımda ola bilməzlər. Yanımda normal insanlar olacaq, buna şübhə etmirəm”.
Bakıya qayıdış cəhdindən danışan R. Quliyev müxalifət liderlərinin ünvanına ittihamlar da səsləndirib: "İsa Qəmbər və Əli Kərimli həmin gün Bakıdan 250 km aralı Qəbələyə getmişdilər. Mən Ukraynada ABŞ səfirliyinin təzyiqi ilə buraxıldıqdan sonra Kiyevdə İsa Qəmbərlə görüşdüm. Birdən o, gülməli bir fikir söylədi. Guya mənim buraxılmağımı o, Yuşşenkodan xahiş edib. Mən ona o, Kiyevdə görüşlərə başlayana qədər azad edildiyimi və Yuşşenkonun tapşırığı ilə 5 nəfərdən ibarət qoruyucu verildiyini izah etdim. Bizim çörək yediyimiz restoranın ətrafı da Ukraynanın silahlı qüvvələri tərəfindən qorunurdu. Və onların gözlərinin qarşısında mən gedəndə onlar da maşınlarına minib arxamca sürdülər. Ondan başqa, mənim siyasi sığınacaq statusumun olduğunu və BMT-nın 1951-ci ildən bu statuslu insanların toxunulmazlığı barədə qərarı olduğunu da dedim. Nə üçün bunları sadalayıram; çünki bir neçə il bundan öncə yenidən bu insanın "mən Quliyevi xilas etdim” kimi cəfəngiyyatına rast gəldim”.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"