13-09-2017 [22:55]
Sentyabrın 11-də Tbilisidə öldürülən azərbaycanlı 1975-ci il təvəllüdlü Elçin Məmmədov yox, kriminal avtoritet Elşən Əmircanski imiş. Bu barədə bir sıra KİV məlumat yayıb. Elşən Əmircanskinin öldürülməsi ilə hazırda Bakıdakı 8 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkən "qanuni oğru”, kriminal dünyasında Lotu Quli kimi tanınan Nadir Səlifov öz sağ qolunu itirib. Əmircanski Səlifovun etibarlı adamlarından olub.
Mia.az xəbər verir ki, bu barədə "Sputnik Azərbaycan”a Gürcüstanın Azərbaycan diasporundakı etibarlı mənbə məlumat verib.
Əmircanskinin hazırkı soyadı hələlik məlum deyil. Ehtimal var ki, Əmircanski cinayətin törədildiyi yerdə tapılan pasportda öz adını Elçin Məmmədov kimi yazdırıb.
Qeyd edək ki, qətl hadisəsi axşam saat 10.00 radələrində, Əmircanski Mirzə Fətəli Axundov muzeyinin yaxınlığındakı "Peris saxli”restoranından (bu restoranlar şəbəkəsi Gürcüstanda məşhurdur və onun əvvəlki adı "Çörək evi" olub-m.) çıxıb özünün yeni Toyota Land Cruiser 200 markalı avtomobilinə oturarkən törədilib.
Bu hadisə ilə əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin 108 (qəsdən adam öldürmə) və 236 (qanunsuz yolla odlu silah əldə etmə və saxlama) maddələri ilə cinayət işi açılıb.
Eyni zamanda məlumdur ki, Əmircanski Azərbaycan vətəndaşıdır. 90-cı illərdə və 2000-ci illərin əvvəllərində o, 28 may metrostansiyasının yaxınlığındakı "Skorpion”("Əqrəb”) gecə klubunun sahibi olub. Əmircanskinin dayısı hazırda Azərbaycanda ömürlük həbs cəzasına məhkum edilib. KİV-in, eləcə də APA-nın məlumatlarına görə, "Elçin Məmmədov" adı əvvəllər 18 avqust 2016-cı ildə İstanbulun Beşiktaş rayonundakı Barbarossa bulvarında öldürülmüş "qanuni oğru" Rövşən Canıyevin (Lənkəranski) qətlində hallanıb.
Tbilisidə baş verən sonuncu qətl hadisəsini kriminal dairələrə yaxın mənbələr həmçinin Sankt-Peterburqda fiziki cəhətdən məhv edilmiş 42 yaşlı Cabir Həsənovla əlaqələndirirlər. O, bu ilin 28 aprelində Lenin prospektində yerləşən №148-li evdə qətlə yetirilib. C.Həsənov də Nadir Səlifovun etibarlı adamlarından olub. İlkin məlumatlara görə, Həsənov da Lənkəranskinin qətlində iştirak edib. Bu isə onu deməyə əsas verir ki, Canıyevin tərəfdarları öz əleyhdarlarını sifətdən tanıyırlar və onların aradan qaldırılması üçün "ov mövsümü"nü açıq elan ediblər.
Bunlara paralel olaraq Nadir Səlifovun klanından olanlar Rafiq Masallinski adı ilə məşhur olan "qanuni oğru” Rafiq Eyvazovu güllələyiblər. Səlifovun adamları Eyvazovla çox qəddarcasına davranıblar və ictimaiyyətə bildiriblər ki, bundan sonra günahkarları tapıb intiqamlarını alacaqlar.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"