AŞPA həmməruzəçiləri: "Mehman Əliyevin həbsdən buraxılması müsbət haldır"

img

13-09-2017 [17:42]


AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Preda Bakıya səfər öncəsi "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsdən buraxılmasına münasibət bildirib.

APA-nın AŞPA-nın saytına istinadən verdiyi xəbərə görə, həmməruzəçilər M. Əliyevin həbsdən azad olunmasını müsbət hal kimi qiymətləndiriblər.

Qeyd edək ki, həmməruzəçilərin sabah Azərbaycana səfəri gözlənilir. Sentyabrın 16-dək davam edəcək səfər zamanı onlar Azərbaycan prezidenti, Prezident Administrasiyasının rəhbəri və ədliyyə naziri ilə görüşəcəklər. Parlamentin sədri və Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə də görüş olacaq.
Həmməruzəçilər həmçinin vətəndaş cəmiyyəti üzvləri, jurnalistlər və həbsdə olan şəxslərin vəkilləri ilə görüşmək niyyətindədirlər. Həmçinin, onlar həbsdə olan şəxslərlə fərdi söhbət aparmaq barədə müraciət ediblər.



Digər xəbərlər
SON XƏBƏRLƏR