Azərbaycanda toyda olay: İki qardaş bıçaqlandı

img

13-09-2017 [09:23]


Samuxda bıçaqlanma olub.

Mia.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çobanabdallı kəndində qeydə alınıb. Məlumata görə, kənd sakinləri 1990-cı il təvəllüdlü Xəyal və 1989-cu il təvəllüdlü Vüsal Məmmədov qardaşları bıçaqlanaraq xəstəxanaya yerləşdiriliblər.

Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, qardaşlar toyda həmkəndliləri tərəfindən bıçaqlanıb.

Faktla bağlı hüquq-mühafizə orqnaları tərəfindən araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR