Şriftin ölçüsü / 195 dəfə oxunub

Nazirlikdən bəzi jurnalistlərə XƏBƏRDARLIQ

12 Sentyabr 2017 [18:59]
Daxili İşlər Nazirliyi bəzi xəbər saytlarında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin fəaliyyətini guya tənqid edən mətbuat orqanlarının məhkəməyə müraciət olunması ilə bağlı tapşırıq verilməsi barədə yayılan iddialara cavab verib.

Mia.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya açıqlamasında bir neçə saytda gedən bu iddiaları absurd adlandırıb: "Belə cəfəng iddiaları dırnaqarası jurnalistlər qaldırır ki, onlar yol polisindən xüsusi güzəşt və imtiyazlar gözləyirlər. Yəni mən mətbuatda işləyirəmsə, yol-hərəkət qaydasını poza bilərəm, cərimələri vaxtında ödəməyə bilərəm, avtoxuliqalıq edə bilərəm. Bunlara görə əgər mənə güzəşt etməsəniz, sizi "öz qəzetimdə rüsvay edərəm” deyərək hədələyir və hətta şantaj edirlər.İndi eşidib və görürlər ki, polis əməkdaşları öz şərəf və ləyaqətlərini, işgüzar imiclərini sırf hüquqi müstəvidə müdafiə etmək üçün yeri gələndə məhkəmələrə müraciət edirlər, artıq qorxuya düşüblər. Bəli, hər bir Azərbaycan vətəndaşının, o cümlədən daxili işlər orqanlarında xidmət edən hər bir əməkdaşın məhkəmələrə müraciət etmək üçün konstitusion hüququ var. Onlar da bu hüquqdan istifadə edərək şərəf və ləyaqətlərini, işgüzar imiclərini şər və böhtandan sivil yolla, hüquqi müstəvidə müdafiə edirlər”.Əminəm ki, polisin belə qanuni hərəkəti bizim əsl mətbuat vasitələrimiz və əsl mətbuat nümayəndələrimizin nə fəaliyyətinə, nə də mənafeyinə toxunur. Bu yalnız bir-iki dırnaqarası jurnalistə toxunur və qorxudur. Onda belə çıxır ki, polis özünü şərdən-böhtandan qorumaq üçün bilərəkdən uydurma və yalan yazana qarşı qanunsuzluq edib zor tətbiq etməlidir? Xeyr, belə olmayacaq. Bundan sonra da Azərbaycan polisinin hər bir əməkdaşı hər bir Azərbaycan vətəndaşı kimi, öz haqlarını, öz şərəf və ləyaqətlərini yalnız hüquqi müstəvidə, yəni Azərbaycanın tam müstəqil olan məhkəmələrinə rəsmi qaydada müraciət etməklə qoruyacaqlar. Bu bizim hər birimizin konstitusion hüququmuzdur”.



SON XƏBƏRLƏR