Adı Lənkəranskinin qətlində hallanan "qanuni oğru" öldürüldü

img

12-09-2017 [16:46]


Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Abanotubani rayonunda ötən gecə azərbaycanlı odlu silahla qətlə yetirilib.

Mia.az-ın APA-ya istinadən məlumatına əsasən, onun meyiti "Toyota” markalı avtomobildə aşkar olunub. Həmin şəxsin Rusiyada cinayət əməllərinə görə axtarışda olduğu bildirilir. Digər məlumatlara əsasən, qətlə yetirilən şəxs Azərbaycan vətəndaşıdır.

Hadisə şahidlərinin sözlərinə görə, atəş səslərindən öncə qətlə yetirilmiş şəxs başqa şəxslə restoranda olub və onlar mübahisə ediblər.

Bütün gecə ekspert-kriminalistlər hadisə yerində istintaq tədbirləri həyata keçiriblər. Öldürülən şəxs, 1975-ci il təvəllüdlü Elçin Məmmədovdur.

Xəbərə görə, E. Məmmədovun adı "qanuni oğru” Rövşən Lənkəranskinin qətlində hallanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR