Çaqqallar toya hücum etdi, xəsarət alanlar var - Azərbaycanda faciə

img

12-09-2017 [11:22]


Ağdaş rayonunda çaqqallar toy mərasiminnin keçirldiyi mağara hücum edib.

Mia.az report-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında rayonun Bulaqotu kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin ərazisində keçirilən toy mərasiminə qəfil hücum edən çaqqallar beş nəfər yerli sakinə xəsarət yetiriblər.

Yaralılar:
1942-ci il təvəllüdlü Kamilə Şəmi qızı Qarayeva,
2001-ci il təvəllüdlü Vüqar Yadigar oğlu Hacıyev,
2008-ci il təvəllüdlü Sultan Əziz oğlu Əzizov,
1976-cı il təvəllüdlü Rəşad Nizami oğlu Məmmədov,

1987-ciil təvəllüdlü Valeh Mübariz oğlu İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralılara ilkin tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksinlər vurulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR