Mehman Əliyev artıq azadlıqda - VİDEO

img

11-09-2017 [13:11]


Bakı Apellyasiya Məhkəməsində "Turan” İnformasiya Agentliyinin həbsdə olan direktoru Mehman Əliyev barəsində tutulma qərarının qanunsuz hesab edilməsi və girov müqabilində azadlığa buraxılması vəsatətləri baqda Yasamal rayon məhkəməsinin qərarlarından verilən apellyasiya şikayətlərinə baxılıb.

Məhkəmənin qərarı ilə Mehman Əliyev azadlığa buraxılıb. Belə ki, onun haqqındakı həbs qətimkan tədbiri dəyişdirilib.

Vergilər Nazirliyinin məlumatına görə, M.Əliyevin 2010-2014-cü illərdə dövlət qeydiyyatına alınmayan qrant müqavilələri üzrə külli miqdarda, yəni 148.310 manat məbləğində qanunsuz gəlir əldə edərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına, habelə 2010-2016-cı illərdə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannamələrinə təhrif olunan məlumatlar daxil etməklə 60.080 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmasına əsaslı şübhələr olduğu müəyyən edilib.

M.Əliyev 2017-ci il avqustun 24-də şübhəli şəxs qismində saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək, Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Qazaxıstandan qayıdandan dərhal sonra Azərbaycan prezidentinə M.Əliyevlə bağlı məlumat çatdırılıb.

Dövlət başçısı dərhal ciddi reaksiya verərək, prokuror-məhkəmə orqanlarına seçilmiş qətimkan tədbirinin dəyişdirilməsini və vergidən yayınmada ittiham olunan M.Əliyevin təcridxanadan azad edilməsini tövsiyə edib.

Xatırladaq ki, fevralın 10-da İlham Əliyev Azərbaycanda penitensiar sahədə cəza sisteminin təkmilləşdirilməsi və alternativ, humanist qətimkan tədbirlərinin tətbiqi ilə bağlı sərəncam imzalamışdı.





Digər xəbərlər
SON XƏBƏRLƏR