Şriftin ölçüsü / 212 dəfə oxunub

“Nardaran işi”ndə həbs olunan 14 nəfər azadlığa çıxdı

11 Sentyabr 2017 [12:51]
Nardaran hadisələrinə görə həbs edilmiş şəxslərin bir qrupu azadlığa buraxılıb.

Mia.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı məhkəmə tərəfindən qərar qəbul edilib.

Qərara əsasən, 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı saxlanılan 14 nəfər vaxtından əvvəl azadlığa buraxılıb.

Qeyd edək ki, 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı 2 polis əməkdaşı, 4 kənd sakini ölüb, bir neçə nəfər yaralanıb. Əməliyyat nəticəsində yüzdən çox adam saxlanılıb. Onların bir hissəsi azadlığa buraxılıb, bəzilərinin isə barəsində məhkəmə hökmü çıxarılıb.


SON XƏBƏRLƏR