Göygöl rayonunda keçirilən ictimai dinləmə keçirilib

img

11-09-2017 [12:50]


İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) "Azərbaycanda Vətəndaş Cəmiyyəti - Media - Hökumət və Özəl sektorun Səyləri ilə Hərəkət İmkanları Məhdud İnsanların Yaşam Şəraitinin Yaxşılaşdırılması və Hüquqlarının Qorunmasının Gücləndirilməsi” layihəsi çərçivəsində sentyabrın 7-də Göygöl rayonunda Dövlət strukturları, KİV, QHT nümayəndələri və əliliyi olan insanların iştirakı ilə ictimai dinləmə təşkil edib. Həyata keçirilən tədbir nəticəsində hərəkət imkanları məhdud olan insanlar yaşam şəraitlərinin yaxşılaşdırılması və hüquqlarının qorunması sahəsində öz təkilf və tövsiyyələrini təqdim etdilər.

Layihə həyata keçirilən Gəncə şəhəri, Goranboy, Samux, Şəmkir və Göygöl rayonlarılarında hərəkət imkanları məhdud insanların hüquqlarının qorunması üçün müvafiq dövlət strukturları, KİV və QHT nümayəndələri üçün təlimlər təşkil olunmuşdur.

Tədbiri giriş sözü ilə Göygöl rayonu icra hakimiyyətinin nümayəndəsi Vüqar Hüseynov açdı. Sonra ekspert Rövşən Novruzov layihənin bu günə qədər icrası barədə məlumat verdi. İctimai dinləmənin yekunu olaraq əliliyi olan insanlar üçün iş mərkəzlərinin təşkil olunması (məşğulluq məsələsi) çox önəmli bir məsələdir. Tədbirdə qaldırılan suallara Goranboy rayon icra hakimiyyətinin, DSMF rayon şöbəsinin əməkdaşları qaldırılan sualları cavablandırdılar. İctimai dinləmədə 34 nəfər iştirak etmişdir. LayiAvropa İttifaqı tərəfindən maliyyələşdirilir.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR