Şriftin ölçüsü / 156 dəfə oxunub

Lütfi Zadə Bakıda I Fəxri xiyabanda dəfn olunacaq

11 Sentyabr 2017 [10:32]

Görkəmli azərbaycanlı alim Lütfi Zadənin Bakıda dəfn olunacağı yer məlum olub.

Mia.az APA-ya istinadən xəbər verir ki, Lütfi Zadə I Fəxri xiyabanda dəfn olunacaq.

Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestindən APA-ya bildirilib ki, Lütfi Zadənin məzarı 3 gün əvvəl qazılıb.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib ki, Lütfi Zadənin nəşi bu həftə ərzində Bakıya gətiriləcək və onunla dövlət səviyyəsində vida mərasimi təşkil olunacaq.

Qeyd edək ki, dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə sentyabrın 6-da ABŞ-da vəfat edib.





SON XƏBƏRLƏR