Şriftin ölçüsü / 191 dəfə oxunub

Azərbaycan Prezidenti Qazaxıstana gedib

09 Sentyabr 2017 [14:04]

Azərbaycan Prezidenti İlham Əliyev bu gen Qazaxıstana səfər edib.

Mia.az saytının məlumatına görə, səfərin məqsədi Astanada keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının elm və texnologiyalar üzrə sammitində iştirak etməkdir.

Qazaxıstan mətbuatının məlumatına görə, Astana beynəlxaq hava limanında Azərbaycan Prezidentini bu ölkə baş nazirin birinci müavini Yerbolat Dosayevin rəhbərlik etdiyi rəsmi şəxslər qarşılayıblar.

Sentyabrın 10-11-də Astanada Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin sədrliyi ilə İslam Əməkdaşlıq Təşkilatının (İƏT)elm və texnologiyalar üzrə sammiti keçiriləcək.




SON XƏBƏRLƏR