Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi nə qədərdir?

img

08-09-2017 [15:54]


Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi açıqlanıb.

AMB-dən Mia.az-a verilən məlumata görə, Mərkəzi Bankın valyuta ehtiyatları 2017-ci il sentyabr ayının 1-nə 5 mlrd. 101,2 mln. ABŞ dolları təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 908,7 mln. dollar və ya 21,67% çoxdur. Avqust ayı ərzində isə Mərkəzi Bankın valyuta ehtiyatları 68,1 mln. dollar və ya 1,35% artıb.

Сari ilin əvvəlindən artım 1 mlrd. 126,8 mln. dollar və ya 28,35% olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR