Oqtay Əsədov ATƏT PA-nın sədri ilə görüşdü

img

08-09-2017 [15:05]


Sentyabrın 8-də Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov ATƏT Parlament Assambleyasının sədri xanım Kristin Muttonenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan ilə ATƏT Parlament Assambleyası arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Milli Məclisin sədri bu səfərin münasibətlərin inkişafına müsbət təsir göstərəcəyini bildirib.

Oqtay Əsədov Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən ATƏT PA ilə əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

"Milli Məclisin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində danışıqların hazırkı vəziyyəti və perspektivlərindən danışıb. O, təəssüflə vurğulayıb ki, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesinin davam etməsinə baxmayaraq, münaqişə hələ də öz həllini tapmayıb. Danışıqlar prosesi sonsuz davam edə bilməz və bu məsələnin həllinin həvalə olunduğu Minsk qrupu daha qətiyyətli addımlar atmalıdır.

Beynəlxalq təşkilatlarda Azərbaycanla bağlı müzakirələrdə bəzən ikili standartlara yol verildiyini, özlərini insan haqlarının müdafiəçisi hesab edən qurumların Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkünün taleyinə laqeyd münasibət bəslənildiyini vurğulayan Oqtay Əsədov deyib ki, işğalçı ölkə ilə əraziləri işğal edilmiş ölkə arasında bərabərlik işarəsinin qoyulması düzgün deyil. Azərbaycan gündən-günə inkişaf edir və bu da bəzi qüvvələri narahat edir. Onlar Azərbaycana qarşı böhtan kampaniyasına əl atır, təxribatlardan istifadə edirlər. Bütün bunlar erməni lobbisinin, dünyada yaşayan ermənilərin qərəzli hərəkətləridir”.

Oqtay Əsədov ATƏT PA-nın nümayəndə heyətinin üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

"Kristin Muttonen ATƏT PA-nın Azərbaycanla sıx əlaqələrindən məmnunluq ifadə edib. O, dünyada terrorizm dalğasının tüğyan etdiyi, təhlükəsizliyə daha çox ehtiyac duyulduğu bir dövrdə bu əlaqələrin əhəmiyyətini vurğulayıb”.

Qeyd edək ki, ATƏT PA sədri xanım K.Muttonen sentyabrın 7-də Azərbaycana səfərə gəlib. K.Muttonenin səfər çərçivəsində ölkə rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulur. ATƏT PA sədrinin Azərbaycana səfəri sentyabrın 10-dək davam edəcək.



Digər xəbərlər
SON XƏBƏRLƏR