07-09-2017 [19:10]
Prezident İlham Əliyev dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin vəfatı ilə əlaqədar başsağlığı verib.
Mia.az-ın məlumatına görə, başsağlığında deyilir:
Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Görkəmli alim, ABŞ-ın Kaliforniya Universitetinin professoru, Yumşaq Hesablamalar üzrə Berkli Təşəbbüsünün rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri Lütfi Zadə (Lütfəli Rəhim oğlu Ələsgərzadə) 2017-ci il sentyabrın 6-da ömrünün 97-ci ilində vəfat etmişdir.
Lütfi Zadə 1921-ci il fevral ayının 4-də Bakı şəhərində anadan olmuşdur. O, ibtidai təhsilini burada 16 saylı məktəbdə almış, on yaşında ikən ailəsi ilə birlikdə İrana köçərək 1930-cu illərdə Tehranda təhsilinə davam etmiş, 1944-cü ildə isə müvəffəqiyyətlə Tehran Universitetini elektrik mühəndisliyi ixtisası üzrə bitirmişdir. Lütfi Zadə 1944–1959-cu illər arasında Amerika Birləşmiş Ştatlarının Massaçusets Texnologiya İnstitutunda və Kolumbiya Universitetində magistr və doktorluq elmi dərəcələrini almış, 1959-cu ildən Kaliforniya ştatındakı Berkli Universitetinin ömürlük professoru seçilmiş, 1963-cü ildən isə bu ali məktəbin elektrik mühəndisliyi və kompüter elmləri kafedrasına rəhbərlik etmiş və Yumşaq Hesablamalar üzrə Berkli Təşəbbüsünün rəhbəri kimi fəaliyyət göstərmişdir.
Süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi professor Lütfi Zadə dünya elmi fikrinə layiqli töhfələr vermiş görkəmli şəxsiyyətlərdəndir. Adı elm tarixinin köklü dəyişikliklər yaratmış böyük simaları ilə bir sırada çəkilən alim mühüm kəşflərdən sayılan fundamental nəzəriyyələr irəli sürmüşdür. Yeni texnologiyalara güclü təsir göstərməklə həmin nəzəriyyələr diskret və rəqəmli idarəetmə, informasiya və kommunikasiya sistemlərinin əsaslarının yaradılmasını təmin etmiş, müasir idarəetmə elminin bünövrəsini qoymuşdur. Bir sıra araşdırma mərkəzləri idarəetmə sistemlərini Lütfi Zadənin nəzəriyyələri əsasında tədqiq edir və layihələndirir.
Alimin ardıcıl tədqiqatları nəticəsində irəli sürdüyü qeyri-səlis məntiq nəzəriyyəsi müstəsna əhəmiyyətə malik olub, müxtəlif elm sahələrinin müasir mərhələdə inkişafında dərin iz buraxmış və yeni yanaşma üsulları meydana gətirmişdir. İnformasiya texnologiyalarında ciddi dəyişikliklərə yol açan və sənaye proseslərinin idarə olunmasında uğurla istifadə edilən nəzəriyyə nəhəng elektron şirkətlərində özünün geniş tətbiqini tapmışdır. Hazırda sənayenin bəzi sahələri məhz qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanmaqdadır. Dünyanın aparıcı şirkətləri Lütfi Zadənin nəzəriyyələrindən bəhrələnməklə yüksək iqtisadi səmərəliliyə nail olmuşlar.
Lütfi Zadə nüfuzlu beynəlxalq konfranslarda daim diqqətlə izlənən məzmunlu çıxışları ilə elm adamlarını yeni-yeni istiqamətlərdə axtarışlara sövq etmişdir. O, dünya miqyasında əsərlərinə ən çox istinad edilən alimlər sırasındadır. Lütfi Zadənin yaratdığı elmi məktəb və laboratoriyalar yarım əsrdən artıqdır ki, dünyanın bir sıra ölkələrində fəaliyyət göstərməkdədir. Berkli şəhərində alimin şərəfinə onun adı ilə bağlı İnformasiya Texnologiyası üzrə Zadə İnstitutu yaradılmışdır.
Bir çox ölkələrin akademiyalarının, o cümlədən ABŞ Milli Mühəndislik Akademiyasının və Rusiya Təbiət Elmləri Akademiyasının üzvü seçilən professor Lütfi Zadə mötəbər beynəlxalq cəmiyyətlərin, qurumların və fondların mükafatlarına layiq görülmüş, onlarla ölkənin nüfuzlu universitetinin fəxri doktoru adını qazanmışdır. Lütfi Zadə elm və texnologiyaların inkişafına verdiyi dəyərli töhfələrinə, eləcə də mədəniyyətlərarası dialoqun qurulmasında misilsiz xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından "Dostluq” ordeni ilə təltif edilmişdir.
Azərbaycanlı olması ilə qürur duyan və gənc yaşlarından etibarən vətənin hüdudlarından çox-çox uzaqlarda yaşasa da, ürəyi həmişə doğma yurdu ilə bir döyünən Lütfi Zadə Azərbaycanın mədəniyyətə, elmə dərin ehtiram göstərilən ölkəyə çevrilməsi yolunda atılan hər addımı alqışlamış, burada informasiya texnologiyaları sektorunun inkişafına xüsusi diqqət yetirilməsindən məmnunluğunu ifadə etmişdir.
Dünya şöhrətli alim və böyük şəxsiyyət Lütfi Zadənin işıqlı xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev
Mehriban Əliyeva
Artur Rasi-zadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Elçin Əfəndiyev
Hacıbala Abutalıbov
Akif Əlizadə
Mikayıl Cabbarov
İbrahim Quliyev
Rasim Əliquliyev
Telman Əliyev
Fikrət Əliyev
Arif Paşayev
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib