Şriftin ölçüsü / 215 dəfə oxunub

Bakıda kişinin qulağını kəsdilər

07 Sentyabr 2017 [10:32]
Bakıda orta yaşlı kişinin qulağı kəsilib.

Hadisə Binəqədi rayonunda qeydə alınıb. Belə ki, 1967-ci il təvəllüdlü Cələbov Cələb Fətulla oğlu naməlum şəxs və ya şəxslərlə mübahisə zamanı onun qulağı kəsilib. Daha sonra isə bədəninə bıçaq zərbəsi vurulub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.



SON XƏBƏRLƏR