İlham Əliyev protokolu təsdiqlədi

img

06-09-2017 [19:02]


Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Əmək, Miqrasiya və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasının yaradılması haqqında 1992-ci il 13 noyabr tarixli Sazişdə dəyişikliklər edilməsi barədə 2016-cı il oktyabrın 28-də Minsk şəhərində Azərbaycan Respublikası Hökumətinin qeyd-şərtlə imzaladığı Protokolun təsdiq edilməsi haqqında fərman imzalayıb.

Mia.az-ın məlumatına görə, fərmanda qeyd olunur ki, protokol qüvvəyə mindikdən sonra Azərbaycan Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görsün.

Xarici İşlər Nazirliyinə Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərmək tapşırılıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR