Şriftin ölçüsü / 146 dəfə oxunub

Mövlut Çavuşoğlunun Azərbaycana səfəri başlayıb

05 Sentyabr 2017 [16:43]

Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlunun Azərbaycana səfəri başlayıb.

O, sabah Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Gürcüstan xarici işlər naziri Mixeil Canalidze ilə 6-cı üçtərəfli görüşdə iştirak edəcək. Türkiyəli nazirin Azərbaycan prezidenti İlham Əliyevlə də görüşü gözlənilir. Mixeil Canalidze bu gün axşam saatlarında Bakıya gələcək.

Qeyd edək ki, 6-cı üçtərəfli görüşdə əvvəlki görüşlərdə qəbul olunmuş qərarlar nəzərdən keçiriləcək, 3 ölkənin iştirakı ilə regional əməkdaşlıq məsələləri müzakirə olunacaq və sonda "2017-2019-cu illərdə üçtərəfli əməkdaşlıq planı” imzalanacaq.

Səfər zamanı nazirlər arasında ikitərəfli görüşlər də baş tutacaq.




SON XƏBƏRLƏR