Şriftin ölçüsü / 119 dəfə oxunub

ASAN könüllüləri ilə Biləcəri bələdiyyəsində görüş keçirilib

05 Sentyabr 2017 [15:39]
ASAN Master-2 layihəsi çərçivəsində Binəqədi rayon İcra Hakimiyyətində təcrübə keçən 10-cu qrup ASAN könüllüləri ilə Biləcəri bələdiyyəsində görüş keçirilib.

Görüşdə Biləcəri Bələdiyyəsinin sədri Hikmət Quliyev, Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, "İctimai-humanitar” sektorunun müdir əvəzi Səma Əlizadə və ASAN könüllüləri iştirak ediblər.

Öncə ASAN könüllüləri Biləcəri bələdiyyəsinin fəaliyyəti ilə tanış olublar, onlara bələdiyyənin iş fəaliyyəti, şöbələri haqqında geniş məlumat verilib.

Daha sonra ASAN könüllüləri ilə görüş keçirilib. Görüşdə çıxış edən Biləcəri Bələdiyyəsinin sədri Hikmət Quliyev bələdiyyənin fəaliyyəti, iş mexanizmi haqqında geniş məlumat verib.

Daha sonra çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova Bələdiyyələrdə yaradılmış "İctimai-humanitar” sektorlar haqqında geniş məlumat verərək bir il ərzində Binəqədi rayonunda bələdiyyələrin "İctimai-humanitar” sektorunun fəaliyyəti, həyata keçirdiyi layihələrin əhəmiyyətindən danışıb.

Sonra Biləcəri Bələdiyyəsinin "İctimai-humanitar” sektorunun müdir əvəzi Səma Əlizadə 2016-cı ilin avqust ayından Biləcəri bələdiyyəsində yaradılan "İctimai-humanitar” sektorun həyata keçirdiyi layihələrin təqdimatını edib.

Təqdimatdan sonra gənclərin bələdiyyə ilə bağlı təəssüratları dinlənilərək sualları cavablandırılıb.
Təqdimatdan sonra gənclərin çay süfrəsi ətrafında səmimi görüşü davam edib.



SON XƏBƏRLƏR