Şriftin ölçüsü / 162 dəfə oxunub

Jurnalist təşkilatı Göyçayda İslam sivilizasiyasını təbliğ edib

05 Sentyabr 2017 [15:31]

"Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Göyçay rayon İcra Hakiminin dəstəyilə Göyçay şəhərində "İslam sivilizasiyasının təbliğində media ilə dini icmaların birgə əməkdaşlığının artırılmasına yardım” mövzusunda tədbir keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev bu cür tədbirlərin gənc nəslin İslam sivilizasiyasını daha dərindən dərk etməsinə təkan verdiyini bildirib.

"Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə Azərbaycanın tarix boyu İslam sivilizasiyalarının əsas mərkəzlərindən biri olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan xalqı dədə-babalarımızdan bizə miras qalmış milli-mənəvi dəyərlərə, dövlət-din münasibətlərinə həmişə həssas yanaşıb. Jurnalist deyib ki, Azərbaycanda fəaliyyət göstərən KİV-lər heç vaxt dini və etnik ayrıseçkiliyi təbliğ etməyiblər. Natiq bildirib ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd ölkəmizdə hökm sürən sağlam mənəvi mühitin inkişafına töhfə verməkdir.

"Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov bildirib ki, Azərbaycan mədəniyyətlərin qovuşduğu məkanda yerləşdiyi üçün həmişə dinlər və sivilizasiyalar arasında aparıcı rol oynayıb.

TUMİB sədri 2017-ci ilin Prezident İlham Əliyev tərəfindən "İslam Həmrəyliyi ili” elan olunmasını mühüm tarixi hadisə kimi qiymətləndirib. Ç. Bayramov 2017-ci ildə İslam ölkələri arasında ictimai-siyasi, mədəni əlaqələrin daha da güclənəcəyinə əmin olduğunu bildirib.

Qafqaz Müsəlmanları İdarəsinin Göyçay-Ucar rayonları üzrə səlahiyyətli nümayəndəsi Rəsul Kazımov və digər natiqlər gənc nəslin tərbiyə olunmasında milli-mənəvi dəyərlərin xüsusi əhəmiyyətinə toxunub.

Diskussiya şəklində keçən tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.




SON XƏBƏRLƏR