Azərbaycan XİN-i Myanmadakı qətliamı pislədi

img

05-09-2017 [13:16]


Myanmada rohinca müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq hallarından ciddi narahatlığımızı ifadə edirik.

Bunu açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XIN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyb.

XİN rəsmisi bildirib: "Biz beynəlxalq ictimaiyyətin, xüsusilə İslam Əməkdaşlıq Təşkilatının bu zorakılığın dayandırılması istiqamətində olan səylərini dəstəkləyirik".

Avqustun 25-dən başlayaraq Myanmanın Arakan əyalətində hərbçilər "təhlükəsizlik əməliyyatı" adı altında kütləvi soyqırımı həyata keçirir. Bu əməliyyatlar zamanı bir neçə min müsəlman qətlə yetirilib, 100 mindən çoxu isə evlərini tərk etməyə məcbur olub.

Qeyd edək ki, Myanmada 1 milyonadək müsəlman rohinca yaşayır, lakin bu xalq illərdir ki, onları vətəndaş kimi tanımayan hakimiyyət tərəfindən incidilir.

Bundan başqa rohincalar ölkənin əsas dini icması olan buddistlər tərəfindən diskriminasiyaya məruz qalırlar.



Digər xəbərlər
SON XƏBƏRLƏR