Prezident Cəlilabadla bağlı iki sərəncam imzaladı

img

04-09-2017 [14:42]


Azərbaycan Prezidenti İlham Əliyev Cəlilabad şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Mia.az bildirir ki, sərəncama əsasən Cəlilabad şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və çoxmənzilli binaların əsaslı təmiri üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Cəlilabad Rayon İcra Hakimiyyətinə 3 milyon manat, o cümlədən abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 1,5 milyon manat, 20 çoxmənzilli binanın dam örtüyünün yenilənməsi və fasad hissəsinin əsaslı təmiri üçün 1,5 milyon manat ayrılıb.

Sərəncamda deyilir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində Cəlilabad rayonunda əsas kapitala yönəldilmiş vəsait 87,0 dəfə, tikinti quraşdırma işlərinin həcmi 90,2 dəfə artıb, bir sıra sosialyönümlü infrastruktur layihələri yerinə yetirilib, o cümlədən Olimpiya İdman Kompleksi, Müalicə-Diaqnostika Mərkəzi, Rayon Mərkəzi Xəstəxanası, Şahmat məktəbi, Gənclər evi, Tarix-Diyarşünaslıq Muzeyi, Bayraq Meydanı, əlil və şəhid ailələri üçün ümumilikdə 52 mənzilli 2 yaşayış binası inşa edilib, təhsil ocaqları və digər obyektlər istifadəyə verilib. Bununla yanaşı, Cəlilabad şəhərinin su təchizatı sistemi yenidən qurulub, iri istehsal və emal müəssisələri yaradılıb, 22 mindən çox iş yeri açılıb, yeni yollar çəkilib, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.

***

Prezident İlham Əliyev Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Mia.az-ın məlumatına görə sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin".


Digər xəbərlər
SON XƏBƏRLƏR