Ağdaşda 41 baş inəyin ölüm səbəbi bilindi - Baytarlıq apteki zəhərli dərman verib

img

03-09-2017 [15:22]


Ağdaş rayonunda mal-qara arasında kütləvi şəkildə tələfat baş verib. Mia.az apa-ya istinadən xəbərinə görə, hadisə bu gün rayonun Yenicə kəndində qeydə alınıb.

Kənd sakinləri Hüseynov Pərviz Əli oğlu, Hüseynov Elşən Əli oğlu, Yusifov Orxan Rafiq oğlu və Hüseynov Əli Yusif oğlu fərdi təsərrüfatlarında bəslədikləri iri buynuzlu heyvanları gənəyə qarşı biastol məhlulu ilə dezinfeksiya ediblər və inəklər 15-20 dəqiqə sonra kütləvi şəkildə zəhərlənərək ölüb. Hadisə zamanı 38 baş inək və 3 baş buzov tələf olub. Kənd sakinləri biastol məhlulunu Ləki qəsəbəsindəki baytarlıq aptekindən 16 manata aldıqlarını bildiriblər. Baytar həkimlər ölən mal-qaraya baxış keçiriblər və dərmanın təsiri nəticəsində onların ağ ciyərlərinin parçalandığını bildiriblər. Hazırda ölmüş heyvanlar kəndin ortasında qalıb. Kəndlilər heyvanların tələf olması nəticəsində onlara 20 min manatdan çox maddi ziyan dəydiyini bildiriblər. Heyvan sahibləri biastol dərmanını tərifləyib satan aptek tərəfindən onlara dəyən maddi ziyanın ödənilməsini tələb edirlər. Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR