Şriftin ölçüsü / 148 dəfə oxunub

Müqəddəs Qurban Bayramı Nəsimi rayonunda qeyd olunub

02 Sentyabr 2017 [11:16]

Bayram günlərində hər bir imkanlı müəslman öz xeyirxah əməlləri ilə ehtiyacı olan insanlara yardımlar edir, onlara kəsdikləri qurbanlardan pay göndərirlər.

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayondakı idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən əziz bayram münasibəti ilə qurbanlar kəsilməsi və rayonda yaşayan imkansız ailələrə paylanması təşkil olunmuşdur.

Böyük Vətən müharibəsi, Əmək və Silahlı Qüvvələr Veteranları Şurası, Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi, «Qızıl Aypara», Korlar, Əlillər, Çernobıl 20 Yanvar əlilləri cəmiyyətləri, Azərbaycandakı Rus İcmasının və «Sodrucestvo» cəmiyyətlərinin, ərazidə fəaliyyət göstərən digər ictimai birliklərin rayon şöbələrinin rəhbərlərinin və üzvlərinin, rayonun aztəminatlı sakinlərinin, rayonda məskunlaşmış məcburi köçkün ailələrinin iştirakı ilə təşkil olunan tədbirə toplaşanları Nəsimi rayon İcra Hakimiyyəti Başçısının I müavini Gularə Verdiyeva çıxış edərək müqəddəs Qurban Bayramı münasibəti ilə təbrik etmiş, bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilməsinin əhəmiyyətini xüsusi olaraq vurğulamışdır. Qurban Bayramı ilə əlaqədar Nəsimi rayonunda yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlillərinə, II Dünya müharibəsi veteranlarına, rayon ərazisində məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara, yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə – ümumilikdə 3000-dən çox ailəyə qurban payları paylanmışdır.

Tədbirdə çıxış edən ictimai birliklərin, Veteran təşkilatlarının rəhbərləri, məcburi köçkünlərin nümayəndələri və digərləri bayram münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.






SON XƏBƏRLƏR