Müdafiə Nazirliyi Ermənistan xüsusi xidmət orqanlarının planını ifşa etdi

img

02-09-2017 [11:06]


Son günlər erməni xüsusi xidmət orqanlarının dezinformatorları Azərbaycan ordusu barədə bir birinin ardınca müxtəlif məzmunlu uydurma "əhvalatlar", yaxud "sənədlər" hazırlayıb kütləvi informasiya vasitələrinə ötürürlər.

Mia.az xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyindən bildirilib. Nazirlik qeyd edib ki, Ermənistan KİV-lərində yayılmış növbəti uydurmadan da xəbərdardırlar.

"Bu cür primitiv saxtakarlığı, həqiqətlə hər hansı bağlılığı olmayan iyrənc yalanı şərh etmək istəmirik. Ermənistan xüsusi xidmət orqanlarının dezinformatorları bu cür uydurmaları yaymaqla ancaq erməni cəmiyyətini aldada bilər” - deyə Müdafiə Nazirliyi bəyan edib.

Qeyd edək ki, Ermənistan tərəfinin dezinformatorları Giləzidə sursat anbarında baş vermiş partlayışın "səbəbi" barədə bəhs edən saxta məlumatlar yayırlar.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR