Orxan Fikrətoğlu bu kanala keçdi

img

30-08-2017 [23:21]


Tanınmış analitik və teleaparıcı Orxan Fikrətoğlu yenidən ekranlara qayıdacaq.

Mia.az "Ölkə.az”a istinadən xəbər verir ki, "Köhnə azərbaycanlı” təxəllüsü ilə tanınan Orxan Fikrətoğlu yeni mövsümdən Space TV-də fəaliyyət göstərəcək.

O, sözügedən kanalda "Gecə düşüncələri” layihəsinin müəllifi və aparıcısı kimi fəaliyyət göstərəcək. Veriliş həftədə 6 dəfə yayımlanacaq. Verilişdə gündəmdə olan mövzulara, hadisələrə ziyalı mövqeyi ön plana çıxarılacaq.

Qeyd edək ki, Orxan Fikrətoğlu "Zorxana”, "Nə xəbər” kimi layihələrin müəllifi və aparcısı olub.



Digər xəbərlər
SON XƏBƏRLƏR