Şriftin ölçüsü / 335 dəfə oxunub

UEFA “Qarabağ”ın müraciətinə cavab verdi

30 Avqust 2017 [23:10]

"Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirmək üçün UEFA-ya müraciət edib.

Qurum Ağdam klubunun müraciətinə müsbət cavab verib. Klubun rəsmi "Facebook” səhifəsindək məlumatda qeyd edilib ki, pley-off mərhələsinin Bakıda keçirilmiş oyununda stadionu tam dolduran "Qarabağ” azarkeşləri kluba olan sevgisini və inamını nümayiş etdirib:

"Bu uğurlu çıxışdan sonra oyuna gəlmək istəyən azarkeşlərin çoxluğunu nəzərə alan komanda ev oyunlarını daha çox azarkeş tutumuna malik olan stadionda - Bakı Olimpiya Stadionunda (68500 yerlik) keçirməklə bağlı UEFA-ya müraciət edib. Bu gün UEFA tərəfindən "Qarabağ”ın sorğusuna cavab gəlib. Qitənin ali futbol qurumu komandamızın bu müraciətini təsdiqləyib”

Qeyd edək ki, "Qarabağ” sentyabrın 27-də Çempionlar Liqasının II turu çərçivəsində "Roma”nı Bakı Olimpiya Stadionunda qəbul edəcək. Matç Bakı vaxtı ilə 20:00-da keçiriləcək.





SON XƏBƏRLƏR