Prezident Sultan V Məhəmmədə məktub göndərdi

img

30-08-2017 [17:33]


Azərbaycan Prezidenti İlham Əliyev Malayziyanın XV Ali Başçısı Sultan V Məhəmmədə ölkəsinin milli bayramı - Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

Mia.az xəbər verir ki, dövlət başçısı Azərbaycan ilə Malayziya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə və genişlənəcəyinə inandığını bildirib.

Azərbaycan Prezidenti bu əlamətdar gündə Malayziyanın XV Ali Başçısına möhkəm cansağlığı və xoşbəxtlik, dost Malayziya xalqına daim əmin-amanlıq və firavanlıq diləyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR