Ərdoğan Bakıya gəlməyəcək

img

30-08-2017 [12:28]


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri təxirə salınıb.

Mia.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib. 
Diplomat səfərin yaxın vaxtlarda baş tutacağını deyib.

Qeyd edək ki, səfər bu il sentyabrın 10-11-də gerçəkləşməliydi. Səfər çərçivəsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının keçirilməsi də nəzərdə tutulurdu.



Digər xəbərlər
SON XƏBƏRLƏR