Təhsil Nazirliyi şagirdlərə və valideynlərə müraciət edib

img

29-08-2017 [10:28]


Təhsil Nazirliyi şagirdlərə və valideynlərə müraciət edib.

Nazilikdən Mia.az-a verilən məlumata görə, 2017-2018-ci tədris ilində dövlət ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin istifadəsinə veriləcək dərsliklərin məktəblərə çatdırılması artıq yekunlaşıb. Tədris ili başlamazdan əvvəl dərsliklərin şagirdlərə paylanılması nəzərdə tutulur.

"Şagirdlərdən və onların valideynlərindən müvafiq dövlət ümumtəhsil məktəbinə sentyabrın 8-nə qədər müraciət edərək dərslikləri əldə etmələri xahiş olunur. Hansısa səbəbdən dərsliklərlə təminatda çətinliklər yaranarsa, bu barədə məktəb rəhbərliyinə məlumat verilməlidir”, - deyə müraciətdə bildirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR