Fikrət Fərəməzoğlunun şikayəti əsasında məhkəmə başlayıb

img

28-08-2017 [13:34]


Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan "Jam.az" saytının baş redaktoru Fikrət Fərəməzoğlu barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra F.Fərəməzoğlunun vəkili vəsatətlər verib. O, müvəkkilinin barəsində ev dustaqlığının seçilməsini, təkrar xətşünaslıq ekspertizasının və əlavə şahidlərin dindirilməsini tələb edib.
Vəsatətlər təmin edilməyib.

Proses sentyabrın 11-də davam etdiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR