Silah anbarındakı partlayış nəticəsində 3 ev qəzalı vəziyyətə düşüb

img

28-08-2017 [11:44]


Avqustun 27-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah-sursat anbarında baş vermiş partlayış nəticəsində Xızı rayonunda 3 yaşayış evi qəzalı vəziyyətə düşüb.

Mia.az-ın APA-ya istinadən məlumatına görə, yaşayış evlərindən 2-si Giləzi, 1-i isə Şuraabad kəndində yerləşir.

Xızı rayon İcra Hakimiyyətindən bildiriblər ki, həmin evlərdə yaşayanlar təhlükəsiz yerlərlərə köçürülüb. Giləzi, Sitalçay və digər yaşayış məntəqələrindən təxliyə olunan vətəndaşlar isə artıq evlərinə qayıdıb.

Hazırda Xızı rayonuna dəyən ümumi zərərin hesablanması üçün işlər davam etdirilir.



Digər xəbərlər
SON XƏBƏRLƏR