Partlayışla əlaqədar Bakı-Quba yolu bağlandı - RƏSMİ AÇIQLAMA

img

27-08-2017 [12:43]


Baş Dövlət Yol Polisi İdarəsi bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında baş verən yanğın və partlayışla əlaqədar xəbərdarlıq edib.

Mia.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin apa-ya verdiyi məlumata görə, Xızı rayonu ərazisində yaranmış təhlükə ilə əlaqədar Bakı-Quba avtomobil yolunun 28-ci km-dən, eləcə də həmin yolun Qubadan paytaxt istiqamətinə 78-ci km-dən nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılıb.

Qeyd olunanları nəzərə alaraq sürücülərdən xahiş olunur ki, həmin istiqamətlərdə səfərlərini müvəqqəti olaraq təxirə salsınlar.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub