FHN-nin helikopteri bu gün də Gürcüstanda əməliyyatda

img

26-08-2017 [16:22]


Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) helikopteri bu gün də Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda yanğının söndürülməsi əməliyyatlarına cəlb olunub.

FHN-nin helikopteri hazırda Gürcüstan Sərhəd Polisinin helikopteri ilə birgə nisbətən kiçik yanğın ocaqlarının aradan qaldırılması əməliyyatlarında iştirak edir.

Yanğınla bağlı yaradılmış qərargahın məlumatına əsasən, yanğın aradan qaldırılsa da, preventiv məqsədlə canlı qüvvə monitorinq və keşik çəkmək üçün hadisə yerində qalacaq. Gürcüstan baş nazirinin tapşırığına əsasən, qərargah hələ bir neçə gün fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, Gürcüstan hökumətinin müraciətinə əsasən, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə təbii fəlakət zonasına FHN-nin 22 texnikası, o cümlədən 1 helikopteri və 131 nəfər canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfər ekipaj heyəti cəlb edilib.
APA


Digər xəbərlər
SON XƏBƏRLƏR