Kişi qeyri-rəsmi arvadının 12 yaşlı qızını hamilə qoydu - Balakəndə biabırçı olay

img

26-08-2017 [13:01]


Xəbər verildiyi kimi, Balakəndə 12 yaşlı qız hamilə qalıb.

2005-ci il təvəllüdlü C. Ş (ad-soyad şərtidir) səhhətində yaranmış problemlə əlaqədar Rayon Mərkəzi Xəstəxanasına müraciət edib (lent.az). Ultrasəs müayinəsi zamanı onun 22-23 həftəlik hamilə olduğu müəyyənləşib.

Dərhal bu barədə Balakən rayon Prokurorluğuna məlumat verilib.

Balakən rayon Prokurorluğundan Modern.az-a verilən məlumata görə təqsirləndirilən şəxs artıq tutulub. Bu, 12 yaşlı qızın anasının vətəndaş nikahında qeyri-rəsmi yaşadığı şəxsdir:

"Balakən rayon Prokurorluğuna hadisə ilə bağlı məlumat avqustun 25-i daxil olub. Hazırda cinayət işi başlanılıb və istintaq davam edir. Belə ki, təqsirləndirilən şəxs tutulub və barəsində həbs qətimkam tədbirləri görüləcək. Qeyd edək ki, bu şəxs uşağın anasının qeyri-rəsmi yaşadığı Şindiyev Elçin Qədir oğludur”.



Digər xəbərlər
SON XƏBƏRLƏR