Şriftin ölçüsü / 207 dəfə oxunub

Çeçenistanda deputat öldürülüb

25 Avqust 2017 [18:28]

Çeçenistan parlamentinin deputatı Muxmad Asxabov bu gün səhər saatlarında öldürülüb.

APA-nın "lenta.ru”ya istinadən verdiyi xəbərə görə, ilkin məlumat bundan ibarətdir ki, 61 yaşlı deputat bu gün səhər saatlarında öz avtomobili ilə evdən çıxıb. Yolda onun avtomobili naməlum şəxslər tərəfindən atəşə tutulub. Nəticədə avtomobil qəza törədib və deputat ölüb.

Polis hadisə yerinə baxış keçirib və təhqiqata başlayıb. Məhkəmə-tibbi ekspertiza təyin edilib.

Muxmad Asxabov Rusiya Kommunist Partiyasının üzvüdür. O, 2016-cı ilə deputat seçilib.




SON XƏBƏRLƏR