Şriftin ölçüsü / 266 dəfə oxunub

Komitə sədri bəyanat verdi

25 Avqust 2017 [13:21]
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin (İQAK) sədri və səlahiyyətli şəxsi Elşad Həmidovun bəyanatı yayılıb. Buna səbəb İQAK-ın bir neçə üzvünün işdən azad olunması və sui-istifadə hallarıdır.

Bəyanatda həm də bildirilir ki, işdə yol verdikləri özbaşınalıq və məsuliyyətsizliklərə görə komitənin bir neçə üzvünə ciddi xəbərdarlıq edilib.

E.Həmidov Komitənin adından sui-istifadə hallarının qarşısını almaq üçün hüquq-mühafizə orqanlarına və vətəndaşlara da müraciət edib.

Qeyd edilir ki, özünü İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin nümayəndəsi kimi təqdim edən hər bir şəxsi ətraflı araşdırmaqla yanaşı Komitənin Qaynar Xəttinə, yaxud Komitənin sədri və səlahiyyətli şəxsi ilə (055-255-99-67) əlaqə saxlanılsın:

"Xahiş edirik ki, buna etiraz edənlər barədə dərhal yaxınlıqda olan polis məntəqələrinə məlumat verilsin”.

Sədrin bəyanatında bildirilir ki, bəzi dələduzlar Komitənin xidməti vəsiqələrini saxtalaşdıraraq vətəndaşların inamını qazanıb və tamah məqsədli cinayətlər törədirlər: "Belələri əvvəllər də Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayətlər törətmişlər. Bu kimi məlumatlar Komitəyə daxil olur və bununla bağlı aidiyyatı orqanlar məlumatlandırılır. Ümumilikdə hər bir vətəndaşın Konustitusiya ilə təsbit olunmuş vətəndaşlıq borcudur ki, şahidi olduğu cinayət barədə aidiyyatı orqanları məlumatlandırsın”.
Bəyanatda qeyd olunur ki, E.Həmidovun imzası olmayan vəsiqələr etibarsızdır.


SON XƏBƏRLƏR