Çempionlar Liqası: “Qarabağ” tarix yazdı, qrup mərhələsinə adını yazdırdı

img

24-08-2017 [00:10]


Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ” tarixi oyununa çıxıb. 

Mia.az xəbər verir ki,  Qurban Qurbanovun komandası səfərdə "Kopenhagen”lə cavab matçını oynayır.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 22.45-də başlayıb. 

Oyunda hesab 2-1 bitib. Lakin Bakıda 1:0 hesablı qələbə qazanan komandamız 2-1-lik məğlubiyyətə baxmayaraq, növbəti mərhələyə vəsiqəni təmin edib.

 Beləliklə, "Qarabağ" bundan sonra Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaq. 

Təbriklər, "Qarabağ", təbriklər!


Digər xəbərlər
SON XƏBƏRLƏR