Xoruz 3 yaşlı uşağa hücum elədi - Sahibi polisə çağırıldı

img

23-08-2017 [10:09]


Bakıda ev quşu İrandan Azərbaycana səyahətə gələn ailənin 3 yaşlı uşağına hücum edib.

Hadisə Nizami rayonunda baş verib. Belə ki, İrandan Azərbaycana gələn ailə Qara Qarayev prospektində yerləşən restoranların birinə müştəri kimi daxil olub. Ailə orada olan zaman 3 yaşlı Araz Nofel Nejat oğlurestoranın həyətində xoruzun hücumuna məruz qalıb.

Xoruz uşağın üz nahiyəsinə xəsarət yetirib. Uşaq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Ailə başçısı Araz Nejat restoran sahibinə öz iradını bildirib və polisə şikayət edəcəyini deyib.

Restoran sahibi həmin xoruzun başını kəsdirib. Buna baxmayaraq, N.Araz Nizami Rayon Polis İdarəsinə şikayət edib. Polis əməkdaşları restoran sahibinin izahatını alıb. O, izahatında qeyd edib ki, hadisəni törədən xoruzun başı kəsilib və restoran ərazisində bir daha ev quşları nəzarətsiz qalmayacaq.

report



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR